Rusiya prezidenti: "Kataloniyada referendumun keçirilməsi İspaniyanın daxili işidir"

Rusiya prezidenti: "Kataloniyada referendumun keçirilməsi İspaniyanın daxili işidir"
# 03 oktyabr 2017 13:00 (UTC +04:00)

"Kataloniyada referendumun keçirilməsi İspaniyanın daxili işidir. Moskva ümid edir ki, İspaniya referendumdan sonra yaranan böhranın öhdəsindən gələcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən deyib. "Biz İspaniyaya görə çox narahatıq. Lakin bu, əlbəttə ki, İspaniya hökumətinin daxili işidir. Ümid edirik ki, İspaniya böhranın qarşısını almağa nail olacaq", - deyə o, söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR