ABŞ-ın Merilend ştatında polislər iki nəfəri qətlə yetirib

ABŞ-ın Merilend ştatında polislər iki nəfəri qətlə yetirib
# 26 oktyabr 2016 00:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Merilend ştatının Elkton şəhərində polis əməkdaşları moteldə order təqdim etməyə cəhd edərkən iki nəfəri qətlə yetiriblər.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident “New Eastern Inn” motelində baş verib. Zabitlər qapılardan birini döyərək hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu bildiriblər.

Ştat polisinin rəsmi nümayəndəsi Qreq Şipli, otaqdan silahlı şəxsin çıxaraq, tapançanı polislərə tuşladığını bildirib. Bunu görən asayiş keşikçiləri silahlı şəxsə atəş açıblar. Bu zaman otaqdan silahlı qadın çıxıb və polislər onu da güllələməli olublar. Polislərdən xəsarət alan olmayıb.

Məlumata görə, order qanunsuz silaha görə barələrində axtarış elan olunan cütlük üçün nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR