UEFA ötən mövsümün maliyyə hesabatını açıqlayıb

UEFA ötən mövsümün maliyyə hesabatını açıqlayıb
# 05 aprel 2017 13:53 (UTC +04:00)

UEFA-nın 2015/16 mövsümündəki gəliri bəlli olub. Apasport.az saytı xəbər verir ki, bu, qitənin futbol qurumunun 41-ci Növbəti Konqresində açıqlanan maliyyə hesabatından sonra müəyyənləşib.

Məlum olub ki, UEFA ötən mövsüm 4,6 milyard avro qazanıb, 3,31 milyard avro xərcləyib. Bu isə o deməkdi ki, qurum 1,27 milyard avro məbləğində xalis mənfəət götürüb.

UEFA teleyayımdan 2,16 milyard avro, kommersiya hüquqlarının satılmasından 928 milyon avro, bilet satışından 286,5 milyon avro, qonaqpərvərlik xidmətlərindən 142,4 milyon avro əldə edib. Digər gəlirlər isə 37,3 milyon avronu əhatə edib.

Bildirilib ki, UEFA 2014/2015 mövsümündə bundan 2 dəfədən də az - 2,099 milyard avro qazanıb. 2015/2016 mövsümünün gəlirindəki artım AÇ-2016 ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR