Gömrükçülər ölkəyə qanunsuz preparat gətirilməsinin qarşısını alıb

Gömrükçülər ölkəyə qanunsuz preparat gətirilməsinin qarşısını alıb
# 12 fevral 2018 09:54 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E220D" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı avtomobilin arxa oturacağının altında 2 ədəd sellofan torbada gömrük orqanından gizlədilmiş, ümumilikdə 486 ampula üzərində "Вода для инъекции 2 мл" markalanma yazısı olan inyeksiya üçün su aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR