ATƏT PA Azərbaycanın təklif etdiyi dəyişikliklərlə qətnamə qəbul edib

ATƏT PA Azərbaycanın təklif etdiyi dəyişikliklərlə qətnamə qəbul edib
# 07 iyul 2017 12:41 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən iclasında “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.

APA-nın məlumatına görə, toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.

Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi PA tərəfindən rədd edilib.

ATƏT PA vitse-prezidenti Azay Quliyevin iki təklifi isə Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib. Qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən ATƏT ərazisində münaqişələrin həll edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb edilir. Qətnamənin 14-cü maddəsinə edilən dəyişiklikdə isə ATƏT regionundakı məcburi köçkün və qaçqınların doğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlıq ifadə edilir.


Komitənin iclası öz işini bu gün davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR