Şərqi Avropa və Mərkəzi Asiyada hər il 443 min yeniyetmə uşaq dünyaya gətirir

Şərqi Avropa və Mərkəzi Asiyada hər il 443 min yeniyetmə uşaq dünyaya gətirir
# 19 iyul 2017 10:23 (UTC +04:00)

BMT-nin Əhali Fondu 2016-cı ili əhatə edən “Milyonlarla dəyişilmiş həyat” adlı illik hesabatını dərc edib.

APA-nın məlumatına görə, hesabat milyonlarla qadın və gəncin sağlamlığının qorunması və hüquqlarının təşviqi, eləcə də onların potensiallarının reallaşması üçün BMT-nin Əhali Fondunun keçən il ərzində gördüyü işlərə və nəticələrə həsr olunub.

Hesabat şərti olaraq, 6 hissəyə bölünüb. Bu bölmələr Ərəb, Şimali və Şərqi Afrika, Mərkəzi və Qərbi Afrika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, Asiya və Sakit okean və Latın Amerika regionlarını əhatə edir.

Hesabata əsasən, Şərqi Avropa və Mərkəzi Asiya əsasən orta gəlirli əhəmiyyətli vəsaitlər, müvafiq dövlət xidmətləri və infrastruktur səviyyəsinə malik ölkələrdən ibarətdir. Bu, antenatal qulluğun keyfiyyətinin region üzrə təxminən eyni səviyyədə olmasına və 1990-cı illərin əvvəllərindən etibarən ana ölümlərinin sayının yarıdan çox azalmasına səbəb olub. Lakin iqtisadi bərabərsizliklər və iş imkanlarının məhdud olması bu ölkələrdə miqrasiyanın artmasına səbəb olmaqla yanaşı, bir çox ailənin istədiyi qədər çox uşağa sahib ola bilməməsi, cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışına əngəllər törədir.

Ən çox həssas qruplara aid milli azlıqlar, qaçqınlar, miqrantlar, gənclər və kasıb təbəqəyə aid şəxslər öz reproduktiv hüquqlarının reallaşmasında, dolğun məlumatlara çıxışda xüsusi problemlərlə üzləşirlər. Regionda 17 milyona yaxın qadının hələ də müasir kontrasepsiyaya çıxışı məhduddur və onların böyük əksəriyyəti ənənəvi kontrasepsiya metodlarından istifadə edir. Bu isə öz növbəsində arzu olunmayan hamiləlik və cinsi yolla keçən infeksiyalara yol açır.

Regionda hər 1000 diri doğuşa 257 abort düşür, hər il 443000 yeniyetmə uşaq dünyaya gətirir, bu isə Qərbi Avropadakı göstəricilərdən 3 dəfə çoxdur. Bundan başqa, qadınlara qarşı diskriminasiya, gender əsaslı zorakılıq və cinsə görə doğulan uşaqların nisbətinin pozulması gender ayrı-seçkiliyinin əsas təzahürü olmağa davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR