Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 05 fevral 2020 09:13 (UTC +04:00)

Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,44% – 28 807,63 bəndədək, Nasdaq indeksi 2,10% – 9 467,97 bəndədək, S&P 500 indeksi isə 1,50% – 3 297,59 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 4-də FTSE 100 indeksi 1,55% – 7 439,82 bəndədək, Fransa CAC-40 indeksi 1,76% – 5 935,05 bəndədək, Almaniya DAX-ı isə 1,81% – 13 281,74 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% artaraq 1 561,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08% azalaraq 1,1035 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR