AİB və Azərbaycan arasında iqtisadi məsləhətləşmələr aparılıb

AİB və Azərbaycan arasında iqtisadi məsləhətləşmələr aparılıb
# 06 oktyabr 2017 12:31 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətini qəbul edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, AİB-in İqtisadi Tədqiqatlar direktoru Edmon Gintinq, iqtisadçı Eymi Hampel-Milagrosa və menecer Əziz Heydərovun daxil olduğu nümayəndə heyətinə ölkədə aparılan iqtisadi islahatlar və Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri barədə geniş məlumat verilib. Xüsusilə qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində bu gün ölkəmiz “Qlobal rəqabətqabiliyyətlilik hesabatında” AİB-ə daxil olan əksər ölkələri geridə qoyur. Bu isə ölkəmizlə əməkdaşlıqda maraqlı olan beynəlxalq və regional maliyyə institutları ilə əlaqələrdə daha geniş imkanlar açır.

Həmçinin görüşdə AİB-in Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədinin hazırlanması məsələsinə toxunulub. Müzakirələr zamanı insan kapitalı, məhsuldarlıq, ticarətin inkişafı üzrə islahatlar, ölkənin orta müddətli inkişaf strategiyası ilə yanaşı AİB-in Azərbaycan üzrə 2019-2023-cü illər üzrə hazırlanacaq Ölkə Tərəfdaşlıq Strategiyasının prioritet istiqamətlərinə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR