Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin hissəsində olublar

Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin hissəsində olublar
# 28 oktyabr 2016 16:42 (UTC +04:00)

Bakı - APA. Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən iyirmidən çox hərbi attaşelik aparatlarının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR