Bank Of Baku

Tanınmış telejurnalistin həkimə qarşı şikayəti ilə bağlı Baş Prokurorluq Səhiyyə Nazirliyinə müraciət edib

Telejurnalist Günel Gözəlova, Uroloq-cərrah Araz Bayramov

© APA | Telejurnalist Günel Gözəlova, Uroloq-cərrah Araz Bayramov

# 19 avqust 2021 15:18 (UTC +04:00)

Tanınmış telejurnalist Günel Gözəlovanın cərrah-uroloq Araz Bayramovla bağlı şikayəti əsasında prokurorluqda araşdırma davam etdirilir. 

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.
Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.
Hazırda araşdırma davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR