Tramp ABŞ KİV-ini korrupsiyada ittiham edib

Tramp ABŞ KİV-ini  korrupsiyada ittiham edib
# 26 oktyabr 2016 04:29 (UTC +04:00)

Bakı-APA. Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna namizədliyi irəli sürülən Donald Tramp ölkə KİV-lərini seçkiqabağı kampaniyanı qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Tramp bu fikri “Fox News” telekanalının canlı yayımında çıxışı zamanı bildirib.

“Birlikdə fırıldaqçı və korrupsiyaya bürümüş mediaya qalib gələcəyik. KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, - deyə Tramp Floridada tərəfdarları ilə görüşdə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR