Məmmədyarov: "Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür"

Məmmədyarov: "Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür"
# 19 iyul 2017 11:02 (UTC +04:00)

"Gələn il Azərbaycan 6 milyard kubmetr həcmində təbii qazı Türkiyə bazarına çatdıracaq".

APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin IV üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Azərbaycan qazı Türkiyənin ardınca İtaliya bazarına çıxarılacaq", - deyə nazir qeyd edib.

Nazir həmçinin əlavə edib ki, Türkmənistan Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan layihələrə maraq göstərir. XİN rəhbərinin sözlərinə görə, Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür. "Gələn ildən 25 milyon tonadək yükdaşıma imkanlarından istifadə etmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR