AŞPA-nın yaz sessiyasının vaxtı və ilkin gündəliyi açıqlanıb

AŞPA-nın yaz sessiyasının vaxtı və ilkin gündəliyi açıqlanıb
# 23 mart 2018 10:08 (UTC +04:00)

Aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.

APA-nın AŞPA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzularında müzakirələr aparılacaq.

Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir.

Qeyd edək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR