Heydər Əliyev Beynəlxalq Hava Limanının logistika mərkəzinin statusu artırılır

Heydər Əliyev Beynəlxalq Hava Limanının logistika mərkəzinin statusu artırılır
# 03 oktyabr 2017 10:22 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində logistika qovşağı (hab) bir neçə il əvvəl artıq yaradılmışdır və tranzit daşımalara uğurla xidmət edir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, BƏƏ-nin təcrübəsini nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən logistika mərkəzinin statusunun artırılması nəzərdə tutulub. Bu barədə müvafiq təkliflər aidiyyəti üzrə Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində mövcud logistika qovşağının statusunun artırılması, müvafiq infrastrukturunun yaradılması barədə təkliflərin hazırlanması, regional hava limanlarının infrastrukturunun qiymətləndirilməsi və təkmilləşdirmə barədə təkliflərin hazırlanması məsələlərinin 2018-2019-cu illər üzrə həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR