ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 128 ölkə imzalayıb

ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 128 ölkə imzalayıb
# 18 sentyabr 2017 18:41 (UTC +04:00)

ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i imzalayıb.

APA-nın məlumatına görə, bunu ABŞ-ın BMT-dəki Daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Əldə etdiyimiz nəticə fantastikdir”, deyə N.Heyli təşkilatın islahatına dair toplantıda deyib.

Tədbirdə çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, bürokratiya və yanlış idarəçiliyə görə BMT-nin potensialından tam istifadə edilməyib. “Biz yatırımlarımıza uyğun nəticələr görmürük. Dünyada insanların inamını bərpa edəcək BMT-yə ehtiyacımız var. BMT artıq işləməyən, köhnəlmiş metodların girovuna çevrilməməlidir”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, BMT-də islahat üzrə Deklarasiya 10 bənddən ibarətdir. Sənəddə ABŞ müxtəlif sahələrdə təkmilləşmə istiqamətində BMT strukturunda dəyişikliklərə çağırır. Buna nail olmaq üçün həmçinin təşkilatda ixtisarların aparılması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR