AMB əsas vəsaitlər, nağd pul və avtomobillərin sığortalanması ilə bağlı tender elan edib

AMB əsas vəsaitlər, nağd pul və avtomobillərin sığortalanması ilə bağlı tender elan edib
# 10 iyul 2018 06:59 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri toplusu üzrə tender elan edib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, tender avqustun 27-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Tenderin şərtlərinə görə, iddiaçının kapitalı 5 mln. manatdan az olmamalıdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi 300 manat ödəməlidir.

Tender təklifi avqustun 24-dək, digət sənədləri isə avqustun 13-dək təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR