“Azərbaycan Sənaye Bankı” II rübü 2,3 mln. manat mənfəətlə başa vurub

“Azərbaycan Sənaye Bankı” II rübü 2,3 mln. manat mənfəətlə başa vurub
# 16 iyul 2018 15:31 (UTC +04:00)

Bu ilin II rübündə "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 8,99% artaraq 1 mlrd. 19,677 mln. manata çatıb.

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 4,85% azalaraq 268,198 mln. manat olub.

Yanvar-iyun ayları ərzində bankın depozit portfeli 42,5% artaraq 865,939 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı dəyişməz olaraq 60 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 3,63% artaraq 86,968 mln. manat olub.

Hesabat dövründən bankın gəlirləri 15,562 mln. manat, xərcləri 12,006 mln. manat təşkil edib.

"Azərbaycan Sənaye Bankı" II rübü 2 mln. 332,670 min manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR