Saatlıda yol qəzasında üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Saatlıda yol qəzasında üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 14 iyul 2017 20:11 (UTC +04:00)

Saatlı rayonunda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi “54 BF 813” dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

22:00

Saatlı rayonunda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayon ərazisində “VAZ 2106” markalı maşın ağaca çırpılıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR