Ötən il Naxçıvanda 967 mln. manatlıq sənaye məhsulu istehsal olunub

Ötən il Naxçıvanda 967 mln. manatlıq sənaye məhsulu istehsal olunub
# 23 yanvar 2018 06:33 (UTC +04:00)

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında 967 mln. 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4% üstələyib.

APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulu istehsalının 96,1%-i malların, 3,9%-i isə xidmətlərin payına düşüb.

Sənayenin dövlət sektorunda 49 mln. 878 min 900 manatlıq, qeyri-dövlət sektorunda isə 917 mln. 181 min 100 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 94,8%-i özəl sektorun payına düşüb.

2017-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 23 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib. Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, 2017-ci ildə 321 mln. 841 min 600 ABŞ dolları dəyərində məhsul ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR