Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edə bilər

Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edə bilər
# 05 mart 2018 19:25 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp bu ilin mayında Yerusəlimdə ABŞ-ın səfirliyinin açılış mərasimində iştirak edə bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı bildirib.

“Ola bilər. İmkan daxilində çalışacam”, deyə jurnalistlərin suallarını cavablandıran D.Tramp bildirib.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Yerusəlimə köçürüləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR