Salyanda yük maşınından mişar daşının düşməsi qəzaya səbəb olub

Salyanda yük maşınından mişar daşının düşməsi qəzaya səbəb olub
# 23 fevral 2019 12:25 (UTC +04:00)

Salyan rayonunda, Ələt-Astara magistralının 95-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Salyan rayonu Babazənan qəsəbəsinin sakini, 1979-cu il təvəllüdlü Cəmil Əhmədov avtomobili ilə hərəkətdə olarkən qarşısındakı yük maşınından mişar daşının düşməsi nəticəsində idarəetməni itirib. C. Əhmədov yol kənarında avtomobilini saxlayıb düşmək istəyərkən, başqa nəqliyyat vasitəsi onu vuraraq, hadisə yerindən uzaqlaşıb. C.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR