® Ruhi Əliyevanın rəhbəri olduğu “Liatris Holding” fəaliyyətə başlayıb

<font color=red>® </font>Ruhi Əliyevanın rəhbəri olduğu “Liatris Holding” fəaliyyətə başlayıb
# 04 iyun 2018 13:01 (UTC +04:00)

Azərbaycanda yeni fəaliyyətə başlayan “Liatris Holding”in açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, holdinqin rəhbəri Azərbaycanın tanınmış biznes ledisi Ruhi Əliyevadır. Tədbirdə iş adamları, incəsənət nümayəndələri və media təmsilçiləri iştirak edib. Holdinqin rəhbəri Ruhi Əliyeva bildirib ki, holdinq bir çox sahələr üzrə fəaliyyət göstərəcək: “Moda ilə bağlı çox geniş bir layihəmiz var. Bilirsiniz ki, zinət əşyalarının satışını həyata keçirən butikimiz var. Yenə də, onun bir qolu olaraq moda sahəsi ilə bağlı işlər görəcəyik. İnanıram ki, üzümüzə gələn il açılışını edəcəyik. Hələ tam açıqlamaq istəmirəm. Bundan əlavə, “Liatris Travel”də holqində daxildir. Turizm şirkətlərində çox boşluqlar var. Biz turizm sahəsində çalışan peşəkar insanlarla görüşdük və onlarla da bu məsələni müzakirə etdik. Məqsədimiz bu sahədə olan boşluqları doldurmaqdır. Böyük komanda ilə çalışırıq. Biz bu işi səliqəli və sərfəli şəkildə həyata keçirəcəyik. “Liatris Travel” tibbi və səyahət şirkəti bu ildən etibarən Azərbaycanda və dünyanın istənilən ölkəsində tibbi, istirahət və biznes səyahətlərinin təşkili ilə məşğul olacaq yenilikçi şirkətdir”.

R. Əliyeva tibbi turizmin faydalarından da danışıb: ““Liatris” Turizm şirkəti Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir. Əgər sizin sağlamlığınızla bağlı şikayətləriniz varsa və yerli xəstəxanalarda istədiyiniz nəticəni ala bilmirsinizsə, şikayətlərinizi, qeydlərinizi bizə yaza bilərsiniz. Biz sizə müvafiq sahə üzrə Türkiyədə ixtisaslaşmış xəstəxanaların ən təcrübəli həkimlərindən pulsuz tibbi rəy alacağıq.

Beynəlxalq standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələrində endirimli qiymətlərlə müayinə və müalicə xidmətlərindən yararlana bilərsiniz. Belə ki, bizim müştərilərimizə təklif edilən qiymətlər xəstəxanaya fərdi müraciət əsasında alınan qiymətlərdən daha münasibdir. Onu da qeyd edim ki, tibbi konsultasiya, transfer, tərcümə-bələdçilik xidmətlərinə görə müştərilərimizdən əlavə ödəniş tələb edilmir. Xaricdə müalicə olunmaq istəyən insanların nəzərinə çatdırırıq ki, artıq “Liatris” Travel şirkəti İsrail, Almaniya və həmçinin də Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir”.

Ünvan: Bakı, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 14

Əlaqə: (+994 12) 498-1777
(+994 55) 260-1777

*1777

İnstaqram: @liatris_travel

https://www.youtube.com/watch?v=YjMl38QD-Qo&feature=youtu.be

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR