Azərbaycanda 10 ali məktəbin akkreditasiyası təsdiqlənib - SİYAHI

Azərbaycanda 10 ali məktəbin akkreditasiyası təsdiqlənib - SİYAHI
# 25 fevral 2019 12:05 (UTC +04:00)

Azərbaycanda 10 ali təhsil müəssisəsinin akkreditasiyası təsdiqlənib.

ONA-nın xəbərinə görə, bunlar Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Qızlar Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Kooperasiya Universitetidir.

Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı nəzərə alınmaqla, yuxarıda adı çəkilən ali təhsil müəssisələrinin akkreditasiyası təsdiq olunub.

Ali təhsil müəssisələrinə müvafiq keyfiyyət sənədi - sertifikat verilib, həyata keçirdikləri təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2023-2024-ci illərə kimi akkreditə olunmuş hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR