Avropa Şurasının layihəsi ilə bağlı Gəncədə məlumat sessiyası keçirilib

Avropa Şurasının layihəsi ilə bağlı Gəncədə məlumat sessiyası keçirilib
# 27 fevral 2019 11:47 (UTC +04:00)

Gəncədə Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində "Gender bərabərliyi və media" mövzusunda informasiya sessiyası keçirilir.

ONA-nın Gəncə bürosu xəbər verir ki, tədbiri giriş sözü ilə açan Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, layihə pilot olaraq ilk dəfə Azərbaycanda keçirilib və model olaraq digər Avropa ölkələrində tətbiq olunacaq.

O, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin də təqdirəlayiq olduğunu vurğulayıb. Tədbirin davamında ekspertlər gender bərabərliyi və media azadlığı, Avropa Şurası standartları, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları, regionlarda qadın jurnalistlər və digər mövzularda çıxışlar ediblər.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR