Bakıda yaşayış evində partlayış olub, ölən və yaralananlar var

Bakıda yaşayış evində partlayış olub, ölən və yaralananlar var
# 21 fevral 2019 10:28 (UTC +04:00)

Bakıda yaşayış evində partlayış baş verib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Sadiq Əliyevə məxsus yaşayış evində baş verən partlayış nəticəsində ev sahibi, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nargilə Əliyeva, övladları - 2012-ci il təvəllüdlü Xədicə Əliyeva və 2017-ci il təvəllüdlü Məhəmməd Əliyev müxtəlif yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, S. Əliyevin əl, N. Əliyeva isə ayaq nahiyələrindən yanıq xəsarətləri alıblar. Onların vəziyyəti yaxşı olduğuna görə hər ikisi evə buraxılıb.

Məlumata görə, 2012-ci il təvəllüdlü X. Əliyevanın bədəninin 50-55 faizi yanıb. İki yaşlı M.Əliyev isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR