Qax sakini ağacdan yıxılaraq ölüb

Qax sakini ağacdan yıxılaraq ölüb
# 26 noyabr 2019 20:29 (UTC +04:00)

Qaxda 78 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qax-İngiloy kəndində baş verib.

Kənd sakini, 78 yaşlı Sandro Qaşaişvili qoz ağacından yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. S.Qaşaişvili Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR