AMB: İnflyasiya risklәrinin aktivlәşmәsi halında faiz siyasәti sәrtlәşə bilər

AMB: İnflyasiya risklәrinin aktivlәşmәsi halında faiz siyasәti sәrtlәşə bilər
# 30 dekabr 2019 14:15 (UTC +04:00)

2020-ci ildә dә pul siyasәtinә hәsr olunan mәsәlәlәr 8 dәfә olmaqla müntәzәm müzakirә edilәcәk.

"APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Pul siyasәti qәrarlarının ictimaiyyәtә açıqlanması qrafiki 2020-ci ildә faiz dәhlizinin parametrlәrinә dair qәrarlar 8 dәfә olmaqla, 31 yanvar 19 mart 1 may 19 iyun 30 iyul 18 sentyabr 30 oktyabr 18 dekabr tarixlərində ictimaiyyәtә tәqdim edilәcәk.

Qeyd olunan tarixlәrdәn 31 yanvar, 1 may, 30 iyul vә 30 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Bəyanatda deyilir ki, pul tәklifi iqtisadi artım vә inflyasiya proqnozları, habelә maliyyә bazarlarında proseslәr vә bank sisteminin likvidlik mövqeyi nәzәrә alınmaqla tәnzimlәnәcәk. Bank sisteminin pul yaratmaq qabiliyyәtinin artırılması vә ödәnişlәrin fasilәsizliyi dә diqqәtdә saxlanacaq.

Pul siyasәtinin son mәqsәdinә çatmaq üçün Mәrkәzi Bank öz әmәliyyatları üzrә faiz dәrәcәlәrindәn aktiv istifadә edәcәk. Әvvәlki illәrdә olduğu kimi növbәti ildә dә faiz dәhlizinin parametrlәri haqda qәrar makroiqtisadi durum vә risklәr balansında baş verәn dәyişikliklәr, model qiymәtlәndirmәlәri әsasında işlәnmiş proqnozlar nәzәrә alınmaqla qәbul edilәcәk.

Pul siyasәti qәrarlarının qәbulunda Mәrkәzi Bankda mövcud model çantası vә proqnozlaşdırma aparatından istifadә edilәcәk. Proqnozlar müxtәlif ssenarilәrdә olmaqla qlobal mühitdә vәziyyәt, real sektorda proseslәr, büdcә-vergi vә iqtisadi siyasәtin digәr istiqamәtlәri üzrә qәrarların mümkün tәsirlәri haqqında mәlumatlar әsasında tәrtib edilәcәk. Faiz dәhlizinin parametrlәri tәnzimlәnәrkәn pul siyasәtinin transmissiyası, inflyasiya hәdәfinә nail olma perspektivlәri ilә yanaşı, milli valyutada yığımların cәlbediciliyinin qorunması vә kredit qoyuluşlarının inflyasyon artımına yol verilmәmәsi kimi amillәr dә nәzәrә alınacaq.

Bəyanatda bildirilir ki, uçot dәrәcәsinin trayektoriyasının inflyasiya hәdәfi nәzәrә alınmaqla müәyyәnlәşdirilmәsi vә vaxtında adekvat pul siyasәti qәrarlarının qәbulu inflyasiyanın hәdәfdәn yayınma ehtimalını minimallaşdırmağa imkan vermәlidir. Daxili vә xarici risklәrin reallaşmaması, bazarda gözlәnilmәz dәyişikliklәrin baş vermәmәsi şәraitindә 2020-ci ildә neytral faiz siyasәti ilә inflyasiya fonu üzәrindә nәzarәti itirmәdәn tam mәşğulluğa vә iqtisadi artıma maksimum dәstәk hәyata keçirilәcәk. İnflyasiya risklәrinin aktivlәşmәsi halında isә faiz siyasәtinin sәrtlәşmә istiqamәtindә dәyişmәsi dә mümkündür.

Ümumiyyәtlә, pul siyasәtinin istәr pulun dәyәri, istәrsә dә pulun kәmiyyәti hesabına izafi yumşaldılması masştablı neqativ nәticәlәrә gәtirib çıxara bilәr. Mәcmu tәlәbin artım tempinin iqtisadiyyatın istehsalı genişlәndirmәk imkanlarının artımını qabaqlaması inflyasiyaya yol aça bilәr. Bunu nәzәrә alaraq Mәrkәzi Bank inflyasiya risklәrinin qiymәtlәndirilmәsi vә qәrarların qәbulu zamanı konservativ mövqedәn çıxış edәcәk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR