"SOCAR Carbamid" götürdüyü kreditin qaytarılmasına başlayıb

"SOCAR Carbamid" götürdüyü kreditin qaytarılmasına başlayıb
# 27 noyabr 2019 12:31 (UTC +04:00)

Azərbaycanda yerləşən karbamid istehsalı üzrə "SOCAR Carbamid" zavodu götürülən kredit məbləğinin qaytarılmasına başlayıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, müəssisə kreditin qaytarılması çərçivəsində 33 mln. avro (faizlərlə birlikdə) həcmində birinci tranşı artıq həyata keçirib. İkinci tranşın həyata keçirilməsi bu ilin dekabr ayının birinci yarısına planlaşdırılıb. Beləliklə, bu ilin sonunadək zavod kredit öhdəlikləri üzrə 66 mln. avro geri qaytaracaq.

X. Cəfərov onu da əlavə edib ki, gələn ilə kredit öhdəlikləri üzrə qalıq 460 mln. avroya (faizlərlə) yaxın olacaq. Zavodun xərclərinin geri qaytarılması dövrü on ilədək müddəti əhatə edəcək.

Qeyd edək ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR