De Mistura: “Suriya Konstitusiya Komissiyasına 150 nəfərdən 45-50-i seçiləcək”

De Mistura: “Suriya Konstitusiya Komissiyasına 150 nəfərdən 45-50-i seçiləcək”
# 31 yanvar 2018 03:25 (UTC +04:00)

Rusiya, İran və Türkiyə Suriya Konstitusiya Komissiyasının üzvlüyünə ümumilikdə 150 nəfərin namizədliyinin (hər ölkəyə 50 namizəd -red.) irəli sürülməsinə dair razılığa gəliblər. Lakin BMT-nin Suriyaya dair xüsusi elçisi cəmi 45-50 nəfəri seçəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriyaya dair xüsusi elçisi Staffan de Mistura bildirib.

Qeyd edək ki, Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin iştirakçıları arasında Konstitusiya Komissiyasının yaradılmasına dair razılıq əldə olunub. Konqres iştirakçıları BMT baş katibinə müraciət edərək Konstitusiya Komissiyasının fəaliyyətinin Cenevrədə təşkil olunmasına dair müraciət qəbul ediblər.

De Mistura qeyd edib ki, komissiya üzvlərini müəyyən edərkən tək münaqişə tərəfləri ilə deyil, Suriya nizamlanmasındakı bütün oyunçularla məsləhətləşmələr aparılacaq.

Onun sözlərinə görə, komissiyanın üzvləri müəyyən olunarkən, namizədlərin Soçidəki Suriya Milli Dialoq Konqresində iştirakı əsas götürülməyək, müəyyən səbəblərdən Soçiyə gələ bilməyən qüvvələrin nümayəndələri də nəzərdən keçiriləcək.

De Mistura qeyd edib ki, Konstitusiya Komissiyasının fəaliyyətinin maliyyələşdirilməsi BMT-nin Suriyaya dair xüsusi elçisinin ofisinin işinə ayrılan vəsaitlər hesabına həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR