Paşha Bank
Bank Of Baku

Deputat: “Ermənilər özününküləşdirə bilmədiyi mədəni irsimizi yer üzündən silib”

Əziz Ələkbərov

© APA | Əziz Ələkbərov

# 08 fevral 2022 11:39 (UTC +04:00)

“Soydaşlarımız Qərbi Azərbaycandan deportasiya edildikdən sonra xalqımızın min illərlə yaratdığı abidələrimizə qarşı da soyqırımı həyata keçirilib”.

APA-nın xəbərinə görə, bunu deputat Əziz Ələkbərov Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən konfransda deyib.

O bildirib ki, İrəvan qalası 1827-ci ildə ruslar tərəfindən ələ keçirilən zaman şəhərdə 12 məscid qeydiyyata alınıbmış: “Fransız səyyahı və etnoqrafı İvan Şopen sonradan həmin məscidlərdən 8-nin adını çəkir, 4-nün isə xarabalığa çevrildiyini qeyd edir. 1988-ci ildə isə cəmi 2 məscid qalırdı. Ermənilər onlardan birini yandırıb, digərini də fars məscidi adı altında İrana bərpa etdirib”.

Deputat vurğulayıb ki, ermənilər bizim bütün mədəni irsimizə sahib çıxıb, erməniləşdirib və erməniləşdirə bilmədiklərini isə yer üzündən siliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR