Paşha Bank
Bank Of Baku

Moldova NATO ilə məxfi məlumatların mühafizəsinə dair saziş imzalayıb

Moldova NATO ilə məxfi məlumatların mühafizəsinə dair saziş imzalayıb
# 20 noyabr 2026 03:14 (UTC +04:00)

Moldova və NATO arasında məxfi məlumatların mübadiləsi və qorunması qaydalarını müəyyən edən inzibati saziş imzalanıb.

APA xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Mustyaçe məlumat verib.

Onun sözlərinə görə, sənəd tərəflər arasında məxfi məlumatlara çıxış, onların ötürülməsi və mühafizəsi qaydalarını müəyyən edir.

Sazişdə həmçinin aidiyyəti qurumların məsuliyyət bölgüsü və məxfilik rejiminin pozulması hallarının araşdırılması zamanı əməkdaşlıq mexanizmləri nəzərdə tutulur.

Mustyaçe bildirib ki, razılaşma Moldova ilə NATO arasında 2025–2028-ci illəri əhatə edən fərdi tərəfdaşlıq proqramı çərçivəsində əldə olunub.

Proqram kibertəhlükəsizlik, mütəxəssislərin hazırlanması, müdafiə və təhlükəsizlik qurumlarının modernləşdirilməsi sahələrində əməkdaşlığı nəzərdə tutur.

Sənədi Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Mustyaçe və NATO-nun Təhlükəsizlik İdarəsinin direktoru Qalen Neys imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR