Azərbaycan cüdoçusu Mərakeş Qran-prisində iştirak edəcək

Azərbaycan cüdoçusu Mərakeş Qran-prisində iştirak edəcək
# 26 fevral 2019 10:41 (UTC +04:00)

Martın 8-də Mərakeşdə cüdo üzrə Qran-pri turniri start götürəcək. ONA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq.

Ölkəmizin idman şərəfini bir qədər öncə milliləşdirilən Aleksandra-Larisa Florian qoruyacaq. Rumıniyalı cüdoçu 52 kq çəki dərəcəsində gücünü yoxlayacaq.

Xatırladaq ki, Florianın Avstriyada Avropa Kubokunda sifariş edilsə də, millimizdə debütü baş tutmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR