Ötən il Məhkəmə Hüquq Şurası 130-dan çox hakimin fəaliyyətini qiymətləndirib

Ötən il Məhkəmə Hüquq Şurası 130-dan çox hakimin fəaliyyətini qiymətləndirib
# 03 mart 2018 07:42 (UTC +04:00)

"Ötən il Məhkəmə Hüquq Şurası tərəfindən səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib. Ciddi qanun pozuntusuna yol vermiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib".

APA-nın məlumatına görə, bunu Nizami rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci ildə 6 məhkəmə sədri, apellyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.

"2017-ci ildə məhkəmələrə müraciətlərin sayı ötən ilə nisbətən azalıb. Birinci instansiya məhkəmələrinin mülki işlər üzrə qərarlarının 97,6 faizi, hökmlərin isə 88,3 faizi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyərək sabit qalıb", - deyə Ə.Cəfərov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR