Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldin "Gənc liderliyin inkişafı" mövzusunda təqdimatla çıxış edib.
APA-nın məlumatına görə, İ. Səragəldin hazırda dünyada kasıbların daha da kasıblaşacağı, varlıların varlanacağı qənaətinin hökm sürdüyünü, ümidsizlik tendensiyasının müşahidə olunduğunu bildirib.
Eyni zamanda inkluzivliyin, sülhün sayəsində bərabərliyin mümkün olacağına inandığını vurğulayıb: "İnformasiyanın əsasında biliklər formalaşır. Biz bu biliklərlə müdrikliyə nail olmalıyıq. Artıq müdriklik bərqərar olmalıdır. Birinci növbədə mədəniyyət, incəsənət öndə olmalıdır. Biz elmə əsaslanan gənc liderliyə önəm verməliyik. Nyuton, Eynşteyn kimi insanlar çox gənc yaşlarında böyük kəşflər ediblər. İnternet və mobil telefonlarla bu gün gənclər çox şeyə nail ola bilərlər. Məhz gənclər dünyanı təəccübləndirməlidirlər".
İsmayıl Səragəldin Qlobal Gənc Liderlər Forumunda "Gənc liderliyin inkişafı" mövzusunda təqdimatla çıxış edib
21 avqust 2017 09:42 (UTC +04:00)
Xarici siyasət
NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib
20:09
7 may 2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
19:36
7 may 2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
17:47
7 may 2024
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
17:24
7 may 2024