Dövlət Komitəsi uşaqların Aşura mərasimlərində iştirakına münasibət bildirib

Dövlət Komitəsi uşaqların Aşura mərasimlərində iştirakına münasibət bildirib
# 02 oktyabr 2017 16:12 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dünən ölkədə keçirilmiş Aşura mərasimlərində azyaşlı uşaqların iştirakına münasibət bildirib.

AQUPDK-nin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma indikatorları nəzərə alınmalıdır.

Onun sözlərinə görə, dini mərasimlərdə uşaqların sağlamlığa zərər vuran hərəkətlərin etməsi, qan tökülməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır.

Şöbə müdiri qeyd edib ki, son illərdə Azərbaycanda azyaşlıların dini mərasimlərdə iştirakı ilə bağlı problemli məsələlər qaldırılmayıb: “Məsələ ilə əlaqədar zərərçəkən uşaqlar qeydiyyata alınmayıb. Dini mərasimlərdə iştirak zamanı uşağa qarşı zorakılıq faktı törədilərsə, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılması mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR