ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
# 01 dekabr 2016 00:46 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ştatın Sevyer dairəsində yanğın 700, Sevi dairəsində - 400, Qatlinburq şəhəri ətrafında isə 300 binanı tamamilə məhv edib.

Tennessidə tüğyan edən meşə yanğınları zamanı həmçinin 40 nəfər xəsarət alıb, 14 min nəfər təhlükəli ərazilərdən təxliyə olunub.

Yerli hökumət sakinləri yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR