Bank Of Baku

Səfir: "Pakistan, Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlimlər üçtərəfli əməkdaşlığın bir hissəsidir"

Bilal Hayee

© APA | Bilal Hayee

# 14 avqust 2021 11:30 (UTC +04:00)

"Pakistan, Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlimlər ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın bir hissəsidir".

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

"Biz həm ikitərəfli, həm üçtərəfli formatlarda müxtəlif sahələrdə əməkdaşlıq edirik. Xarici işlər nazirlərinin görüşləri olub, bu yaxınlarda hər üç ölkənin parlament spikerlərinin Bakıda görüşü baş tutdu. Növbəti ay Pakistan və Türkiyənin xüsusi qüvvələri birgə təlimlər üçün buraya gələcək. Üç qardaş ölkə arasında əlaqələr uzunmüddətlidir və bu əlaqələr daha da güclənir. Bu əməkdaşlığın əsas məqsədi regionda sülh və stabilliyi təbliğ etmək, ona töhfə verməkdir. Bu əməkdaşlığın arxasında birlik və sülhdən başqa niyyət yoxdur. Əsas məqsədimiz qlobal sülhə töhfə verməkdir", - səfir deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR