Bank Of Baku

Deputat: Ermənistanda Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk

Rizvan Nəbiyev, Milli Məclisin deputatı

© APA | Rizvan Nəbiyev, Milli Məclisin deputatı

# 12 iyun 2026 13:49 (UTC +04:00)

Ermənistanda Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev bildirib.
Deputat deyib ki, bu, inkaredilməz faktdır ki, Azərbaycanın formalaşdırdığı sülh gündəliyid regionun gələcək dayanıqlı inkişafının əsasını təşkil edir: “Ermənistanda keçirilən seçkilərdə də hakimiyyətin seçki platformasının əsas istiqamətlərindən biri məhz Azərbaycanın irəli sürdüyü sülh gündəliyi olub. Biz gördük ki, seçkilərə təsir göstərməyə çalışan müxtəlif güc mərkəzləri var idi və onlar açıq şəkildə öz namizədlərini dəstəkləyirdilər, resurslarını səfərbər edirdilər. Azərbaycanın mövqeyi isə fərqli idi. Biz sülh gündəliyini formalaşdırdıq və onu ardıcıl şəkildə təşviq etdik. Prezidentin sülh təşəbbüsləri qarşı tərəfi revanshist siyasətdən geri çəkilməyə məcbur etdi. Məlumdur ki, hazırkı Ermənistan hakimiyyəti hakimiyyətə gəldiyi ilk dövrlərdə sülh çağırışlarından çıxış etmirdi və hətta işğalçılıq siyasətini davam etdirməyə çalışırdı. Məhz Azərbaycanın sülh gündəliyi nəticəsində regionda yeni siyasi reallıq yarandı. Ermənistanda da Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk. Çünki sülh gündəliyinin digər tərəfi Ermənistan hökumətidir və bundan sonra paraflanmış sülh sazişinin imzalanması, təsdiqi və icrası bu məsuliyyət, öhdəliklər üzərində qurulacaq. Hazırda bizim Ermənistanla diplomatik münasibətlərimiz də yoxdur. Çox vacibdir ki, sülh sazişi Azərbaycanın şərtləri yerinə yetirildikdən sonra imzalansın, ratifikasiya olunsun və razılaşdırılmış 17 bəndin hər biri üzrə öhdəliklər tam şəkildə yerinə yetirilsin”.
Milli Məclisin sədri Sahibə Qafarova da Rizvan Nəbiyevin Ermənistanda seçkilərlə bağlı fikirlərini dəstəkləyib və Prezident İlham Əliyevin Milli Məclisdə kürsüdən səsləndirdiyi fikirləri xatırladıb: "Prezident özü bu zalda demişdi ki, bizim qələbəmiz özü bir çox layları silkələdi və regionda bütün situasiyanı bütün dəyişdirdi".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR