Son 15 il ərzində SOCAR istismara 1222 yeni quyu təhvil verilib

Son 15 il ərzində SOCAR istismara 1222 yeni quyu təhvil verilib
# 06 aprel 2018 13:19 (UTC +04:00)

"Emal sənayesini xammalla təchiz etmək üçün Azərbaycan neftçilərinin qarşısında son illərdə duran əsas vəzifə hasilatın səviyyəsini sabit saxlamaq olub".

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda SOCAR-ın balansında olan bir çox neft yataqları uzun illər ərzində istismar edildiyi üçün köhnəlməkdədir: "Bu da öz növbəsində həmin yataqlarda hasilatın təbii azalması ilə nəticələnir. Buna baxmayaraq Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq. Bu, ilk növbədə qazma işlərinin genişləndirilməsi nəticəsində mümkün olub".

R.Abdullayev bildirib ki, son 15 il ərzində 2 milyon metrdən çox qazma işi həyata keçirilib və 1222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR