Saatlıda avtomobil aşıb, sürücü ölüb

Saatlıda avtomobil aşıb, sürücü ölüb
# 18 sentyabr 2017 19:21 (UTC +04:00)

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Şakir Əlipaşa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR