Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub

Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub
# 13 oktyabr 2016 10:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR