Bakıda qayınata gəlinini güllələyib

Bakıda qayınata gəlinini güllələyib
# 11 dekabr 2017 22:19 (UTC +04:00)

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, insident Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini öz gəlini A.M.-nı ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M. qonşuluqda yaşayan oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.

Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR