Türkiyənin hökumət sözçüsü: "Rusiya ilə ABŞ müharibə həddinə gəlib"

Türkiyənin hökumət sözçüsü: "Rusiya ilə ABŞ müharibə həddinə gəlib"
# 12 oktyabr 2016 14:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Rusiya ilə ABŞ müharibə edəcək vəziyyətə gəlib".

APA-nın “Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib.

O bildirib ki, 3-cü qüvvələrin əli ilə aparılan müharibələrin bir sonu var: “Suriyada da bu cür müharibələrin limiti dolub. Üçüncü qüvvələrin əli olan belə müharibələr davam edərsə, ABŞ-la Rusiya müharibə edəcək səviyyəyə gəlib çıxacaq. Böyük bir regional və ya dünya müharibəsinin başlanmasının astanasındadırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR