Londonda sürücü avtomobili piyadaların üzərinə sürüb

Londonda sürücü avtomobili piyadaların üzərinə sürüb
# 07 oktyabr 2017 17:22 (UTC +04:00)

Londonda sürücü avtomobili yoldan çıxararaq qəsdən piyadaların üzərinə sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə Londonun Cənubi Kensinqton rayonunda, Viktoriya və Albert Muzeyinin qarşısında baş verib.

Sürücü saxlanılıb, hadisə ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR