Şamaxıda baş verən qəzada Türkiyə vətəndaşı xəsarət alıb

Şamaxıda baş verən qəzada Türkiyə vətəndaşı xəsarət alıb
# 19 dekabr 2019 10:11 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı-Pirqulu yolunda "Hyundai" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Kamal Özeral Muhit oğlu və İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Bəkirov İsmayıl İkram oğlu xəsarət alıb. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR