Qazaxda qadını ilan sancıb

Qazaxda qadını ilan sancıb
# 26 oktyabr 2017 22:05 (UTC +04:00)

Qazax rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Ceyrançöl düzünün Ağstafa rayonu ərazisindəki hissəsində qeydə alınıb. Qazax rayon Daş Salahlı kənd sakini 1968-ci il təvəllüdlü Süleymanova Gültəkin Alosman qızı qoyun sürüsünü otaran zaman ilan onun sağ ayağından sancıb. Qadın dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti kafi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR