Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB

Gürcüstanda güclü yağış fəsadlar yaradıb - <span style="color: red;">YENİLƏNİB
# 22 iyul 2018 21:32 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhərində intensiv yağış ciddi problemlər yaradıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi küçə və prospektlərini su basıb. Rustavi şəhərinin bir qəsəbəsinin sakinləri xüsusi qayıqlarla təxliyə olunub.

Güclü yağış Qardabani rayonunun Krtsanisi kəndində də problemlərə səbəb olub. Kəndin 10 yaşayış evinin həyət və zirzəmilərini su basıb.

Rustavi-Tbilisi avtomobil yolunun bəzi hissələri su altında qaldığından avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.

Gürcüstanın Fövqəladə halların İdarə olunması Xidməti xüsusi rejimdə fəaliyyət göstərir.

**** 20.45

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.

Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR