«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq
# 03 dekabr 2009 12:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cu ilin sonuna kimi «SMS banking» xidmətini istifadəyə verəcək.

Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda bankın bu sistem üzrə işçi qrupu tərəfindən müştərilərin baza məlumatları toplanılır: «Proses bu templə davam edərsə, artıq ilin sonunadək bankın bütün müştəriləri bu xidmətdən istifadə edə biləcək».

F.Həsənovun sözlərinə görə, bu sistem vasitəsi ilə müştərilərin mobil telefonlarına onların hesabları, əmanətləri, həmçinin kredit və digər bank xidmətləri barədə mesajlar göndəriləcək. Qeyd edək ki, hazırda Azərbaycanda 15-ə yaxın bank analoji xidməti tətbiq edib.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 135,55 mln. manat, depozit portfeli 54,501 mln. manat, kredit portfeli 99,254 mln. manat, məcmu kapitalı 21,698 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 31 filialı, 4 mübadilə məntəqəsi, 29 bankomatı və 97 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR