İstanbulda Şah İsmayıl Xətai gecəsi keçiriləcək

İstanbulda Şah İsmayıl Xətai gecəsi keçiriləcək
# 26 iyun 2010 13:05 (UTC +04:00)
İstanbul. Mais Əlizadə – APA. Bu ilin iyul ayının 10-da İstanbuldakı Bayrampaşa Mədəniyyət Mərkəzində "Şah İsmayıl Xətai və Qızılbaşlıq” gecəsi keçiriləcək.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Şah Xətai Cemevi və Mədəniyyət Mərkəzinin təşkil etdiyi gecədə Nihat Çətinkaya, Rəsul İsmayılzadə və Mustafa Cəmil Kılıç elmi məruzə ilə çıxış edəcəklər. Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin mədəniyyət məsələləri üzrə müşaviri olmuş Nihat Çətinkaya Türkiyədə çapdan çıxmış «Qızılbaş Türklər» kitabının müəllifidir. Gecədə Şah İsmayıl Xətainin şeirləri oxunacaq və onun sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.

Azərbaycanın İstanbuldakı baş konsulu da gecəyə qonaq kimi dəvət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR