Ukraynada sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 40 nəfər ölüb

Ukraynada sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 40 nəfər ölüb
# 12 oktyabr 2010 12:14 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09.02-də Nikopol-Marqanets dəmir yolu keçidinin 116-cı kilometrliyində Marqanets-Nikopol reysi ilə hərəkət edən “Boqdan” markalı sərnişin avtobusu ilə qatar toqquşub. Ukraynanın baş naziri Nikolay Azarov qəza nəticəsində 40 nəfərin öldüyünü, 10 nəfərin ağır yaralandığını açıqlayıb. Yaralılar Marqanets şəhər xəstəxanasına çatdırılıb.

N. Azarov baş nazirin 1-ci müavini, fövqəladə hallar üzrə dövlət komissiyasının sədri Andrey Klyuyevin hadisə yerində olduğunu deyib: “Zərər çəkənlərə yardım göstərmək üçün lazımi texnika, həkimlər və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti cəlb edilib. Hadisə yerində Daxili İşlər Nazirliyinin, Prokurorluğun və Təhlükəsizlik Xidmətinin istintaq qrupları çalışır”.

Qeyd edək ki, qəzaya avtobus sürücüsünün xəbərdarlıq siqnalına məhəl qoymadan yolu qırmızı işıqda keçməsi səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR